Kimdir bu Front-end Developer

Faiq Rustamov
2 min readMar 29, 2021

--

Frontend developer olmaq istəyirsiz?

İlk öncə web səhifələr necə yığılır, yığılan zaman hansı mərhələlərdən keçir və bu mərhələləri kimlər yerinə yetirir bu barədə məlumatımızın olması lazımdır.

Web səhifələr hazırlanarkən ilk mərhələdə texniki tapşırıq və dizayn hazırlanır. UI/UX dizayner tərəfindən istər Figmada istərsə də Adobe xd -də vəya alternatif texnologiyalar vasitəsi ilə səhifələr yığılır və artıq növbəti mərhələyə keçirilir.

2-ci mərhələ Aysberqin görünən tərəfidir .Web səhifələrinin görünən tərəfi hazırlanır. Bu işidə əsərimizin qəhrəmanları Front-end developerlər edir.Frontend developer tərəfindən müxtəlif texnologiyalar istifadə edilərək bu dizaynlar kod halına gətirilir və artıq biz brauzerdə verilən dizaynı hazırlayırıq.

3-cü mərhələ isə aysberqin görünməyən tərəfinə aiddir,yəni backend developerə.Backend developer serverlərdə, bulud yaddaşlarında işləməklə hər hansı web layihənin alqoritmik tərəfini inşa edir,məlumat bazası yaradılır və bunun kimi bir çox iş görülür.Bu barədə də ətraflı bir dəfə məqalə hazırlayarıq bu dəfəki hədəfimiz Front-enddir :)

4cü mərhələdə isə Web səhifəmiz front və back birləşir yəni loru dildə desək bir birinə calanır və servere deploy olunur.

İnternetdə bir neçə məqaləyə baxsaq görərikki hərkəsin qeyd etdiyi kimi HTML,CSS və JAVASCRİPT bu işin ən təməlləridir.Ancaq hal hazırda bütün sahələr inkişaf etdiyi kimi bu sahələrdə də yeni texnologiyalar, frameworkler, kitabxanalar yaranır.Bunlara Angular ,Vue,React kimi nümunələri göstərmək olar.Programlaşdırmaya yeni başlayan biriləri üçün düşünürəmki Front-end ən ideal başlanğıcdır.Bunun üçün bir çox pulsuz web səhifələrdən yararlana bilərsiz bir neçəsini aşağı yerləşdirəcəm.

  1. HTML

İlk olaraq sıfır səviyyəsində olan birinin başlayacağı nöqtə HTML-dir.Buradan təməl məlumatlar ala bilərsiz.

https://www.youtube.com/playlist?list=PLR9tbNj0VLOMTX08XRbHNET9nC616hDzH

2.CSS

Css yaxşı örgənmək biraz təcrübə tələb edir buna görədə bol bol nümunələr edin.Təməllərini buradan örgənə bilərsiz.

https://www.youtube.com/playlist?list=PLR9tbNj0VLOM_6BA1Li5ZcM4KXz0V6TmQ

3.Js-in təməllərini burada atın

Əlavə məlumatlar almaq üçün aşağıya bir neçə web səhifə yerləşdirdim oradan mütləq yararlanmağınızı tövsiyyə edirəm

Nəsə mən çox başınızı ağrıtmıyım sizə xoş dərslər :) Növbəti məqalələrdə görüşənədək ümid edirəm yararlı olmuşdur.

--

--